İlham Əliyev Kambocanın yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Kambocanın yeni səfirinin etimadnaməsini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.
Xarici siyasət
202
23 Noyabr , 2021 14:15
İlham Əliyev Kambocanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Kim Henq Meas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Kombocanın Azərbaycana dost ölkə olduğunu deyən dövlət başçısı Azərbaycan tərəfinin münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. Azərbaycanla Kamboca arasında çox yaxın siyasi əlaqələrin mövcud olduğunu deyən dövlət başçısı səfir Kim Henq Measın ölkələrimizin biznes dairələri arasında da əməkdaşlığın qurulması işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev, eyni zamanda, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Xoş sözlərə görə təşəkkürünü bildirən səfir Kim Henq Meas Kambocanın Kral həzrətləri Norodom Sihamoninin salamlarını və firavanlıq arzularını dövlət başçısına və Azərbaycan xalqına çatdırıb.

Prezident İlham Əliyev Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kral həzrətlərinə çatdırmağı xahiş edib.

Səfir Kim Henq Meas iki ölkə arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əlaqələrin olduğunu vurğulayaraq fəaliyyəti dövründə Kamboca-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

11:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi