İlham Əliyev: "İsraildə səfirlik açılması qərarı milli maraqlarımıza əsaslanıb"

Xarici siyasət
  • 25 noyabr, 2022
  • 13:48
İlham Əliyev: İsraildə səfirlik açılması qərarı milli maraqlarımıza əsaslanıb

"İsraildə səfirlik və Fələstində nümayəndəlik açılması haqqında qərar bizim milli maraqlarımıza əsaslanıb".

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bunu noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan edib.

"Əminəm ki, bu qərar sülhün möhkəmlənməsi işinə xidmət edəcək və faktiki olaraq bu dövlətlərlə bizim uzunmüddətli, çox səmərəli əməkdaşlığımızın formallaşması deməkdir", - dövlət başçısı deyib.