İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verib

İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı məktubu ünvanlayıb.
Xarici siyasət
12 Yanvar , 2021 18:45
İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verib
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Cakarta şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Son xəbərlər

Orphus sistemi