İlham Əliyev: “Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama görmürük”

İlham Əliyev: “Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama görmürük” “Azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib"
Xarici siyasət
136
20 May , 2021 19:52
İlham Əliyev: “Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama görmürük”
İlham Əliyev
0 : 00
0 : 00

“Ermənistanın siyasi dairələrindən - nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

“Azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib. İyunda keçiriləcək seçkilərdən (Ermənistanda - red.) sonra nə olacağını, hansı ideologiyanın üstün gələcəyini bilmirik. Bununla belə, Azərbaycanofobiya, nifrət və genişlənmə ideologiyası onların öz cəmiyyətlərinin dağılmasına gətirib çıxarıb. İndi sahib olduqları üçün də yalnız özlərini və liderlərini günahlandırmalıdırlar”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi