İlham Əliyev: "Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur"

Xarici siyasət
  • 12 sentyabr, 2022
  • 13:57
İlham Əliyev: Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur.

"Report" xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza ünvanladığı təbrik məktubunda yer alıb.

"İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - məktubda qeyd olunub.