İlham Əliyev: "Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir"

İlham Əliyev: "Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir" Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.
Xarici siyasət
21 Fevral , 2022 12:41
İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir
İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə müntəzəm dialoq apardığını xatırladıb. Prezident İlham Əliyev Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi