İlham Əliyev: "Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır"

İlham Əliyev: "Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır" "Azərbaycan enerji resurslarının etibarlı təchizatçısıdır".
Xarici siyasət
165
14 Dekabr , 2021 19:18
İlham Əliyev: Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır
İlham Əliyev
0 : 00
0 : 00

"Bu gün Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki, enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik”, - prezident bildirib.

Son xəbərlər

Orphus sistemi