Prezident: ABŞ-nin COP29-a dəstəyi böyük əhəmiyyət kəsb edir

Prezident: ABŞ-nin COP29-a dəstəyi böyük əhəmiyyət kəsb edir Prezident İlham Əliyev ABŞ-nin COP29-a ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Xarici siyasət
4 İyul , 2024 11:07
Prezident: ABŞ-nin COP29-a dəstəyi böyük əhəmiyyət kəsb edir
İlham Əliyev

Prezident İlham Əliyev ABŞ-nin COP29-a, ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin ABŞ Prezidenti Cozef Baydenə Müstəqillik Günü münasibətilə göndərdiyi məktubda qeyd olunub.

Azərbaycan lideri humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlı olduğunu vurğulayıb:

“Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir. Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlıyıq”.

Son xəbərlər

Orphus sistemi