İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 27 yanvar 2023-cü ildə İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycan Respublikasının Səfirliyinə qarşı törədilmiş xain hücumu, səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin ölümü və iki mühafizə
Xarici siyasət
27 Yanvar , 2023 22:57
İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehranda Səfirliyinə qarşı törədilmiş xain hücumu, səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin ölümü və iki mühafizəçinin yaralanması ilə nəticələnən xain hücumu qətiyyətlə pisləyir.

Bu barədə “Report”a İƏT-dən bildirilib.

“Baş Katiblik dəhşətli hücumun günahkarlarını məsuliyyətə cəlb etməyə çağırır və diplomatik nümayəndəliyin mühafizəsinin və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayır.

İƏT-in baş katibi Hissein Braham Taha Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirərək, hadisə zamanı həlak olan mərhumun ailəsinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb”, - təşkilatın yaydığı bəyanatda qeyd olunur.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomat silahla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi