ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi təbrik etməkdən böyük məmnunluq duyuram. Ölkənizin sürətli inkişafı və rifahı istiqamətində bütün səylərinizdə Sizə və Azərbaycan xalqına davamlı uğurlar arzulayıram.
Zati-alinizin bacarıqlı rəhbərliyi ilə Azərbaycan bir çox sahələrdə böyük nailiyyətlər əldə edib və eləcə də əməkdaşlıq və dialoq tərəfdarına çevrilib, həmçinin ölkəniz dünyada sülhün təmin edilməsinə önəmli töhfə verir.
Mən Azərbaycanın inkişafı və dünyada nüfuzlu status əldə etməsi istiqamətində göstərdiyiniz böyük səylərin şəxsən şahidi olmuşam.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".