ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevin azad edilən ərazilərə mütəmadi səfərlərini yüksək qiymətləndirib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevin azad edilən ərazilərə mütəmadi səfərlərini yüksək qiymətləndirib "Budəfəki səfər zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olduq".
Xarici siyasət
20 May , 2022 15:06
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevin azad edilən ərazilərə mütəmadi səfərlərini yüksək qiymətləndirib

Budəfəki səfər zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olduq.

"Report"un xəbərinə görə, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Bu yerlərin çox gözəl olduğunu vurğulayan ICESCO-nun Baş direktoru artıq xarici ölkələrdən də çox sayda insanın buraya gəlmək istədiklərini bildirib. Bu baxımdan Salim bin Məhəmməd əl-Malik dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərini və bu səfərlər zamanı məscidləri ziyarətini, insanlarla görüşlərini, orada çalışanlara verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi