AK Partiyanın sədr müavini: Türkiyə Minsk qrupunun ləğvini dəstəkləyir

AK Partiyanın sədr müavini: Türkiyə Minsk qrupunun ləğvini dəstəkləyir Cənubi Qafqazdakı proseslərə baxdıqda Minks qrupunun ləğvi yenidən gündəmə gətirilir və Türkiyə bunu dəstəkləyir.
Xarici siyasət
11 aprel 2025 15:20
AK Partiyanın sədr müavini: Türkiyə Minsk qrupunun ləğvini dəstəkləyir
İbrahim Halil Korkmaz

Türkiyə Minsk qrupunun ləğvini dəstəkləyir.

Bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) xarici siyasi məsələlər üzrə sədr müavini İbrahim Halil Korkmaz Antalya Diplomatik Forumunda "Report"un sualını cavablandırarkən deyib.

Sədr müavini regionda sülh və əmin-amanlığın vacibliyindən danışıb.

“Bu gün burada Ermənistan tərəfindən uzun illər işğal altında saxlanılan Qarabağın azad edilməsi ətrafında müzakirələr apardıq. Hesab edirik ki, türk dövlətlərinin birliyi və bərabərliyi şəklində hərəkət Cənubi Qafqazda sülh və əmin-amanlığa ciddi töhfə verəcək”.

İbrahim Halil Korkmaz çoxqütblü dünya anlayışına diqqət çəkib:

“Çoxqütblü dünya diplomatiyasında sülhpərvər və birləşdirici funksiya daşıyan bu cür forumlar çox önəmlidir. Diplomatiya bu günü müzakirə etdiyi kimi, həm də gələcəyə yön verir”.

Son xəbərlər

Orphus sistemi