İsveçrə səfiri Bakıda qadın sığınacağı və gənclər mərkəzində olub

İsveçrə səfiri Bakıda qadın sığınacağı və gənclər mərkəzində olub Filip Ştalder BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Xarici siyasət
22 Sentyabr , 2017 14:17
İsveçrə səfiri Bakıda qadın sığınacağı və gənclər mərkəzində olub
UNHCR

Bakı. 22 sentyabr. REPORT.AZ/ İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Bakı ofisinin qadın sığınacağı və gənclər mərkəzində olub.

Qurumun Bakı ofisinindən "Report"a verilən məlumata görə, səfir BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Furio de Anjelislə görüşü zamanı təşkilatın proqramlarını tam dəstəklədiyini bildirib.

F.Anjelis bildirib ki, təşkilat donor ölkələrin köməyi sayəsində qonşu ölkələrdən ehtiyacı olan qaçqınlara maliyyə, təhsil, sosial və tibbi yardım göstərib.

BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Bakıdakı qaçqınlar mərkəzinə dəstək vədinə görə səfirə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi