Yuxarı

İsrailin Azərbaycandakı səfirliyində Şimon Peresin vəfatı ilə əlaqədar xatirə kitabı açılacaq

Xatirə kitabı sentyabrın 29-dan açılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfirliyində ölkənin keçmiş prezidenti Şimon Peresin vəfat etməsi ilə əlaqədar xatirə kitabı açılacaq.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı sentyabrın 29-dan açılacaq.

Xatırladaq ki, Ş.Peres bu gün səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi