Yuxarı
    Bağlamaq

    İsrailin Azərbaycandakı səfiri: "Həmas"ın bəyanatı yalnız təbliğat xarakterlidir"

    İsrail səfiri Həmasın İsraili məhv etməkdən imtinası ilə bağlı bəyanatını şərh edib© Report.az

    Bakı. 5 may. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav "Həmas" təşkilatının İsraili məhv etməkdən imtina etməsi və 1967-ci ilin sərhədlərini tanımağa hazır olması ilə bağlı bəyanatını şərh edib.

    D.Stav "Report"a bildirib ki, "Həmas"ın bəyanatına diqqətlə baxdıqda bunun yalnız təbliğat olduğu görünür.

    "Onlar İsrailə qarşı ekstremist mövqelərini gizlətməyə çalışırlar. Onlar bizi tanımır və müasir İsrailin bütün ərazisinin onların müqəddəs torpaqları olduğunu deyirlər", - səfir vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi