Bakı. 16 may. REPORT.AZ/ "Bizim Azərbaycanla olan münasibətlərimiz, sözsüz ki, ən əsas nailiyyətlərimizdəndir". "Report"un məlumatına görə, İsrailin xarici işlər naziri Aviqdor Liberman "İzRus" saytına müsahibədə belə deyib.
İsrailin postsovet ölkələri ilə münasibətlərini şərh edən xarici işlər naziri ölkəsinin Azərbaycanla olan ticarət dövriyyəsinin hətta Fransadan da üstün olduğunu vurğulayıb: "Bununla yanaşı, biz Azərbaycandan nefti son 6-7 il ərzində almağa başlamışıq. Burada qeyd etmək lazımdır ki, mənim zəhmətim də bilavasitə öz təsirini göstərib".