İspaniya kralı Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

İspaniya kralı Azərbaycan səfirinin etimadnaməsini qəbul edib Mərasimdən sonra səfir İspaniya XİN rəhbəri ilə ikitərəfli münasibətlərin inkişaf məsələlərini müzakirə edib
Xarici siyasət
9 Sentyabr , 2016 10:30
İspaniya kralı Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında Azərbaycan, Argentina, Boliviya, Qvatemala, Monqolustan və Ukraynanın yeni təyin olunan səfirlərin etimadnamələrini qəbul edib. 

Bu barədə "Report" "Latin American Herald Tribune"ya istinadən xəbər verir.

Azərbaycanın İspaniyadakı yeni səfiri Anar Məhərrəmov etimadnaməsini VI Filippə təqdim edib. Mərasimdən sonra səfir İspaniyanın xarici işlər naziri ilə görüşüb və ikitərəfli münasibətlərin inkişaf məsələlərini müzakirə edib.

Qeyd edək ki, səfir Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur.

Son xəbərlər

Orphus sistemi