Yuxarı

İsmayıl Qəhrəman: "Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Türkiyə parlamentinin sədri ölkələrimiz arasındakı əlaqələrin tarixi kökə malik olduğunu vurğulayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıqla yanaşı, dərin qardaşlıq əlaqələri mövcuddur. Ölkələrimizin dostluğu və qardaşlığı əbədidir".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə Böyük Milli Məclisinin sədri İsmayıl Qəhrəman Türkiyənin Azərbaycandakı səfirliyində onun şərəfinə verilmiş ziyafətdə bildirib. 

Türkiyə parlamentinin sədri ölkələrimiz arasındakı əlaqələrin tarixi kökə malik olduğunu vurğulayıb. O, əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyini deyib.

Ziyafətdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, KİV təmsilçiləri, türkiyəli iş adamları iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi