İslamabadda Pakistan-Azərbaycan media forumunun seminarı keçirilib

İslamabadda Pakistan-Azərbaycan media forumunun seminarı keçirilib Natiqlər ermənilərin Dağlıq Qarabağda vurduğu ziyanı müzakirə ediblər
Xarici siyasət
24 Avqust , 2015 20:02
İslamabadda Pakistan-Azərbaycan media forumunun seminarı keçirilib

Bakı. 24 avqust. REPORT.AZ/ Pakistanın paytaxtı İslamabadda Pakistan-Azərbaycan media forumunun seminarı keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, seminarı giriş sözü ilə Pakistan-Azərbaycan media forumunun üzvü Raca Məcid Cavid Bhatti açıb.

Seminarda əsas müzakirə mövzusu Azərbaycanın qədim yaşayış məskənləri olan Füzuli və Cəbrayıl rayonlarının 22 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi və bu işğala beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin hələ də göz yumması müzakirə edilib. Qeyd edilib ki, Füzuli və Cəbrayıl rayonları Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağın inzibati ərazi vahidliyinə daxil olmamasına baxmayaraq, bu ərazilər də digər ətraf rayonlarla birlikdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib və 22 il keçməsinə rəğmən hələ də işğal altındadır.

Seminarda çıxış edən digər natiqlər bildiriblər ki, erməni işğalı nəticəsində Fizuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələri, şəhərlər və kəndlər tamamilə dağıdılıb, yüz minlərlə insan öz torpaqlarından didərgin düşüb, on minlərlə insan torpaqları uğrunda mübarizə aparıb, minlərlə insan şəhid olub və yaralanıb.

Daha sonra natiqlər öz çıxışlarında qeyd ediblər ki, hazırda Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinə baxmayaraq, atəşkəs rejimi erməni ordusu tərəfindən mütəmadi pozulur, dinc əhali ermənilər tərəfindən girov götürülür, cəbhəyanı bölgələrdə məskunlaşmış əhali daim qorxu içində həyat sürürlər. Dünya birliyi, beynəlxalq təşkilatlar isə hələ də susmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi