Yuxarı

İraqın Azərbaycandakı diplomatik missiyasına yeni rəhbər təyin olunub

Diplomat müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ İraqın Azərbaycandakı diplomatik missiyasına yeni rəhbər təyin olunub.

İraqın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, diplomatik missiyanın yeni rəhbəri Fadel əl-Şuveyli olub.

Diplomat İraqın Azərbaycandakı işlərində müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək və missiyaya 4 il rəhbərlik edəcək.

Bu vəzifədə o, bu il Azərbaycanda diplomatik missiyasını başa çatdırmış fövqəladə və səlahiyyətli səfir Hayder Şiyə əl-Barrakı əvəz edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi