İraq Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

İraq Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Bakı. 24 may. REPORT.AZ/ İraq Respublikasının Prezidenti Fuad Məsum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
24 May , 2018 19:18
İraq Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. 24 may. REPORT.AZ/ İraq Respublikasının Prezidenti Fuad Məsum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.

Fürsətdən istifadə edərək, İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, Sizə davamlı uğurlar və möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi