Yuxarı
    Bağlamaq

    İranlı iş adamları Naxçıvanın iqtisadi və sərmayə imkanları ilə tanış olublar

    Görüşdə Naxçıvanın iqtisadi imkanları və investisiya imkanları barədə geniş məlumat verilib

    Bakı. 30 iyul. REPORT.AZ/ İranın Şərqi Azərbaycan vilayətinin valisinin iqtisadi və mədəni işlər üzrə müavini Əli Nəvadadın rəhbərlik etdiyi 24 nəfərlik iqtisadi nümayəndə heyəti iki günlük səfər üçün Naxçıvana səfər edib.

    İranın naxçıvandakı baş konsulluqdan "Report"a verilən məlumata görə, nümayəndə heyətinə Iranın iş adamları o cümlədən Təbriz ticarət palatasının rəhbəri, vilayətin iqtisadi və maliyyə məsələləri üzrə baş direktoru və digərləri daxil idi.

    Səfər zamanı nümayəndə heyəti İranın Naxçıvandakı baş konsulluğunda olub. Görüşdə baş konsul Mansour Airom Naxçıvanın iqtisadi potensialı barədə məlumat verib, iki tərəfli əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb. M.Airom Naxçıvanla iqtisadi əməkdaşlığın İranın Azərbaycanla, Qafqaz regionu və eləcədə keçmiş sovet birliyi ölkələri ilə əməkdaşlıq üçün körpü olduğunu diqqətə çatdırıb.

    Daha sonra qonaqlar Naxçıvan MR Ali Məclisi sədrini birinci müavini Azər Zeynalov və sədrin müavini Mirhaşım Seyidov ilə görüşüblər. Görüş zamanı A.Zeynalov iki ölkənin iş adamlarını bir- birləri ilə tanış etməyin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. 

    İranlı nümayəndə heyəti səfər zamanı Naxçıvan Biznes Mərkəzinə gələrək Muxtar Respublikanın istehsal imkanları sərgisi ilə yaxından tanış olub və Naxçıvan MR –nın iqtisadiyyat naziri Famil Seyidovun, digər məsul şəxslərin və çoxlu sayda iş adamının da iştirakı ilə müştərək bizines forumda iştirak etdilər. Görüşdə nazir Naxçıvanın iqtisadi imkanları və investisiya imkanları barədə geniş məlumat verdi.

    Əli Nəvadad isə Şərqi Azərbaycan vilayətinin iqtisadi potensiali barədə məlumat verərək iqtisadi əməkdaşlığı o cümlədən müştərək istehsalı və ixracatı üçün yaxşı imkanların olduğunu bildirdi.

    Səfərin davamı olaraq heyət üzvləri Naxçıvan şəhərində yerləşən bir neçə istehsal müəssisəi o cümlədən sement zavodu, mebel fabrikası, yeyinti məhsulları və plastik boru fabrikaları ilə tanış oldular.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi