​Baş konsul: “Naxçıvanla İran arasında gömrük məntəqələrindən keçid prosesinin asanlaşdırılması zəruridir”

​Baş konsul: “Naxçıvanla İran arasında gömrük məntəqələrindən keçid prosesinin asanlaşdırılması zəruridir” Naxçıvan İranın "Maku" və "Araz" Azad Ticarət və Sənaye zonaları ilə geniş əməkdaşlıq edə bilər
Xarici siyasət
12 Avqust , 2015 16:46
​Baş konsul: “Naxçıvanla İran arasında gömrük məntəqələrindən keçid prosesinin asanlaşdırılması zəruridir”

Bakı. 12 avqust. REPORT.AZ/ “Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan "Maku" Azad Ticarət və Sənaye Zonası İranla Naxçıvan arasında qarşılıqlı və faydalı əməkdaşlıq etmək imkanına malikdir”.

Bu barədə “Report”a açıqlamasında İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrum (Mansour Airoum) deyib.

Onun sözlərinə görə, qarşılıqlı ticarətin inkişafı üçün gömrük-keçid məntəqələrindən keçid prosesinin daha da asanlaşdırılması zəruridir: "Naxçıvanın Poldəşt gömrük kompleksinin yenidən qurulmasından sonra bu əlaqələr daha da inkişaf edəcək. “Maku" Azad Ticarət və Sənaye Zonası xarici, xüsusilə Naxçıvan Muxtar Respublikasının investorları üçün ideal investisiya bölgəsidir. Eyni zamanda, "Araz" Azad Ticarət Zonasının da Naxçıvanla əməkdaşlıq etməsi üçün geniş imkanları var. Bundan əlavə, Naxçıvanda son illərdə iqtisadi sahədə inkişaf və yaranmış müsbət əməkdaşlıq imkanları da əlaqələrin daha da möhkəmlənməsinə müsbət zəmin yaradır”.

M.Ayrum Naxçıvanın və İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında mövcud olan mədəni və dil ortaqlıqlarına da toxunaraq, tərəflər arasında əlaqələrin inkişafında bu amilin əhəmiyyətinə də toxunub. O, həmçinin İranın bu vilayətlərində çoxlu sənaye müəssisələri və iş adamlarının biznes qurması üçün geniş imkanlar olduğunu bildirib: “Baş konsulluğun əsas fəailiyyəti İran və Naxçıvan arasında qarşılıqlı iqtisadi-ticari əlaqələrin inkişafından ibarətdir. Hətta ikitərəfli və çoxtərəfli iqtisadi, ticari, turizm və investisiya sahəsində də bəzi layihələrimiz var”.

Son xəbərlər

Orphus sistemi