İranın xarici işlər nazirinin müavini Azərbaycana səfərə gələcək

İranın xarici işlər nazirinin müavini Azərbaycana səfərə gələcək Nazir müavini Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun iclasında iştirak edəcək
Xarici siyasət
23 Yanvar , 2017 14:49
İranın xarici işlər nazirinin müavini Azərbaycana səfərə gələcək

Bakı. 23 yanvar. REPORT.AZ/ İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycana səfərə gələcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə məlumat verib.

Onun sözlərinə görə, iranlı nazir müavini Azərbaycana yanvarın 24-də səfər edəcək: "Səfərin məqsədi yanvarın 25-də Bakıda keçiriləcək Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun iclasında iştirak etməkdir".

C.Cahangirzadə bildirib ki, səfəri zamanı İ.Rəhimpur Azərbaycan tərəfi ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərini də müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi