İranın xarici işlər naziri Azərbaycana səfərə gələcək

İranın xarici işlər naziri Azərbaycana səfərə gələcək Bakı. 14 mart. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana və Qazaxıstana səfər edəcək. 
Xarici siyasət
14 Mart , 2018 10:39
İranın xarici işlər naziri Azərbaycana səfərə gələcək
AFP 2017/ Atta Kenare

Bakı. 14 mart. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana və Qazaxıstana səfər edəcək. 

"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Bəhram Qasemi bildirib.

O deyib ki, Bakıda M.Zərif martın 15-də keçiriləcək Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin ilk dördtərəfli görüşündə iştirak edəcək.

Bundan sonra M.C.Zərif İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli sammitində iştirak etmək üçün Astanaya yola düşəcək.

Son xəbərlər

Orphus sistemi