Yuxarı
    Bağlamaq

    İranın tanınmış din xadiminin Azərbaycana səfəri başlayıb

    Səfər sentyabrın 4-dək davam edəcək

    Bakı. 31 avqust. REPORT.AZ/ İranın tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri başlayıb.

    "Report"un məlumatına görə, QMİ-nin dəvəti ilə reallaşdırılan səfər sentyabrın 4-dək davam edəcək.

    Səfər çərçivəsində onun Bakı şəhərində, Şamaxı və Gəncədə bir sıra görüşləri nəzərdə tutulub. Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfər Şəhidlər Xiyabanını, Heydər və Bibi-Heybət məscidlərini ziyarət edəcək, sonra Təzə Pir məscidində namaz qılınacaq.

    Səfərin digər günlərində Şamaxı Cümə məscidi ilə tanışlıq nəzərdə tutulub. Daha sonra Gəncədə Nizami Gəncəvi məqbərəsinin, Şah Abbas məscidinin ziyarəti və İmamzadə kompleksi ilə tanışlıq olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi