Bakı. 6 noyabr. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran Dövlətlərarası Komissiyasının iqtisadi məsələlər üzrə həmsədri Mahmud Vaezi Azərbaycana gəlib.
"Report"un verdiyi xəbərə görə, Vaezinin Bakıya səfərində məqsəd İranın prezidenti Həsən Ruhaninin gələn həftə Azərbaycana səfəri zaman imzalanacaq sənədlərə dair müzakirələr aparmaqdır.
İran prezidentinin Bakıya səfəri zaman ikitərəfli əməkdaşlıq, o cümlədən energetika, nəqliyyat və tranzit, iqtisadiyyat və s. sahələrdə 10 sənəd imzalanacaq.