İranın Naxçıvandakı baş konsulluğunda anım dəftəri açılıb

İranın Naxçıvandakı baş konsulluğunda anım dəftəri açılıb Naxçıvan MR Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov İranın Naxçıvandakı baş konsulu Mansour Airomla görüşüb
Xarici siyasət
5 Oktyabr , 2015 20:21
İranın Naxçıvandakı baş konsulluğunda anım dəftəri açılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu il Həcc ziyarəti zamanı Mina vadisində xeyli sayda iranlı zəvvarın həlak olması ilə əlaqədar İranın Naxçıvandakı baş konsulluğunda anım dəftəri açılıb.

İranın Naxçıvandakı baş konsulluğundan “Report”a verilən məlumata görə, Naxçıvan MR-in bəzi məsul şəxsləri, o cümlədən Ali Məclis Aparatının rəhbəri, Ali Məclisin şöbə müdiri, Azərbaycanın XİN-in Naxçıvan MR idarəsinin rəis müavini və konsulluq şöbəsinin rəisi baş konsulluğa gələrək anım dəftərini imzalayıb və Mina faciəsinin qurbanlarının yavınlarına başsağlığı veriblər, həmçinin İran xalqı və dövlətinin dərdinə şərik olduqlarını bildiriblər.

Eyni zamanda, Naxçıvan MR Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov İranın Naxçıvandakı baş konsulu Mansour Airomla görüşüb. Görüşdə Ə.Həsənov Mina faciəsi ilə əlaqədar Naxçıvan xalqı adından konsula başsağlığı verib.

Qeyd edək ki, sentyabrın 24-də Səudiyyə Ərəbistanının Mina vadisində şeytanın daşlanması mərasimi zamanı yaranan izdiham nəticəsində 464 İran vətəndaşı ölüb.

Son xəbərlər

Orphus sistemi