İranın iki nazir müavini Azərbaycana səfər edəcək

İranın iki nazir müavini Azərbaycana səfər edəcək Əmir Amini və Mehman Tamisizadə Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər
Xarici siyasət
24 Aprel , 2017 10:27
İranın iki nazir müavini Azərbaycana səfər edəcək

Bakı. 24 aprel. REPORT.AZ/ İranın yollar və şəhər inkişafı nazirinin müavini Əmir Amini və bu ölkənin planlaşdırma və resurslardan istifadə nazirinin müavini Mehman Tamisizadə Azərbaycana səfər edəcəklər.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, iranlı rəsmilər aprelin 26-dan 28-dək Bakıda keçiriləcək "Nəqliyyat, Tranzit və Loqistika" 16-cı Xəzər Beynəlxalq Sərgisində, 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində və 4-cü Xəzər Beynəlxalq Qayıqlar və Yaxtalar Sərgisində iştirak edəcək.

Nazir müavinləri sərgilərdə iştirak etməkdən əlavə, Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi