Yuxarı

İranın Azərbaycandakı səfirliyində Məkkədə iranlı zəvvarların ölümü ilə əlaqədar xatirə kitabı açılacaq

Mina vadisindəki faciədə təxminən 220 iranlı zəvvar ölüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfirliyində bu il Həcc mövsümü zamanı xeyli iranlı zəvvarın Minada baş verən faciədə ölümü ilə əlaqədar xüsusi xatirə kitabı açılacaq.

Səfirlikdən "Report"a verilən məlumata görə, xatirə kitabı sentyabrın 30-u və oktyabrın 1-i saat 10.00-dan 16.00-a qədər açıq olacaq.

Xatırladaq ki, sentybarın 24-ü Məkkənin Mina vadisində şeytanı daşlamaq mərasiminə gedən zəvvarlar arasında izdiham baş verib, nəticədə də 717 nəfər həyatını itirib. Onların arasında təxminən 220 nəfər İran vətəndaşı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi