İranın Azərbaycandakı diplomatik missiyalarında seçki məntəqələri açılacaq

İranın Azərbaycandakı diplomatik missiyalarında seçki məntəqələri açılacaq Məntəqələr səhər saat 8-də açılacaq və axşam saat 6-da bağlanacaq
Xarici siyasət
24 Aprel , 2017 11:23
İranın Azərbaycandakı diplomatik missiyalarında seçki məntəqələri açılacaq

Bakı. 24 aprel. REPORT.AZ/ İranın Azərbaycandakı səfirliyində, eləcə də bu ölkənin Naxçıvandakı baş konsulluğunda mayın 19-da İranda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçki məntəqələri açılacaq.

İran səfirliyindən "Report"a verilən məlumata görə, seçki məntəqələri səhər saat 8-də açılacaq və axşam saat 6-da bağlanacaq. Amma ehtiyac yaranacağı təqdirdə səsvermənin müddəti uzadıla bilər.

Səfirlikdən bildiriblər ki, hazırda Bakıda 1000-dən çox İran vətəndaşı yaşayır. Bundan əlavə, may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar 300 iranlı idmançı və çox sayda iranlı turist Azərbaycana gələcək ki, onlar da ölkələrinin Azərbaycandakı diplomatik missiyalarında seçki məntəqələrində səs verə biləcəklər.

Xatırladaq ki, İranda prezident seçkilərində hazırkı dövlət başçısı Həsən Ruhani də daxil olmaqla, 6 namizəd mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi