İran səfirliyi: "Azərbaycanlı uşağın Təbrizdə vəfat etməsindən təəssüflənirik"

İran səfirliyi: "Azərbaycanlı uşağın Təbrizdə vəfat etməsindən təəssüflənirik" "Məsələni diqqət mərkəzində saxlayırıq"
Xarici siyasət
22 Yanvar , 2016 12:20
İran səfirliyi: Azərbaycanlı uşağın Təbrizdə vəfat etməsindən təəssüflənirik

Bakı. 22 yanvar. REPORT.AZ/ İranın Azərbaycandakı səfirliyi Dadaşzadə Qorqudun Təbrizin "Kudəkan" xəstəxanasında vəfatına görə təəssüflənir.

Bu barədə diplomatik missiyanın mətbuat katibi Məhəmmədrza Nəcəfinin "Report"a daxil olan bəyanatında bildirilir.

Mətbuat katibi uşağın meyitinin valideynlərə təhvil verilməməsi ilə bağlı danışaraq bildirib ki, görülən tədbirlər nəticəsində 15 500 manat borcdan 12 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib və hazırda yalnız 3200 manat borc qalıb: "Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycanın Tehran və Təbriz şəhərlərində yerləşən diplomatik nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik".

Qeyd edək ki, Azərbaycan vətəndaşı Dadaşzadə Qorqud dünən günorta saatlarında İranın Təbriz şəhərində yeləşən "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Xəstəxana ailənin 3 200 manat borcu olması səbəbindən uşağın meyitini ailəsinə təhvil verməktən imtina edir.

Son xəbərlər

Orphus sistemi