Bakı. 8 noyabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ilə bağlı fikirlərini açıqlayıb.
M.P.Ayin "Report"a bildirib ki, hazırda səfərlə bağlı hazırlıqlar davam edir: "Bugünlərdə İranın rabitə və kommunikasiya texnologiyaları naziri Mahmud Vaezi Azəbraycana səfər edib və səfər zamanı Həsən Ruhaninin Azərbaycanda imzalayacağı sazişlər və anlaşma memorandumları üzərində işlər aparılıb. Bu sənədlər kənd təsərrüfatı, iqtisadiyyat və iqtisadi əməkdaşlıq, mədəniyyət, sığorta və digər sahələri əhatə edir. Şadam ki, bir çox sazişlər üzərində razılıq əldə olunub. İnanırıq ki, səfər məhsuldar olacaq".
Səfir onu da qeyd edib ki, Həsən Ruhaninin səfəri öncəsi, noyabrın 10-u İranın Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Gilan vilayətlərinin müxtəlif sahələrdə çalışan biznesmenlərinin səfəri gözlənilir.