Bakı. 29 dekabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycan xalqını qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, səfir 2014-cü ilin iki qardaş xalq üçün çox səmərəli və konstruktiv olduğunu və münasibətlərin gələcək inkişafı ilə yadda qaldığını qeyd edib.
"Yeni il ərəfəsində Allahdan diləyirəm ki, hökumətlərimiz və xalqlarımız arasında dost və qardaş münasibətlər davam etsin, 2015-ci il isə iki ölkənin xalqları üçün xoşbəxtlik və rifah ili olsun", - diplomat bəyan edib.