İran səfiri Azərbaycan Prezidentinə təşəkkür edib

İran səfiri Azərbaycan Prezidentinə təşəkkür edib "Bu, insanlıq nümunəsi və İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin göstəricisidir"
Xarici siyasət
17 Mart , 2016 17:16
İran səfiri Azərbaycan Prezidentinə təşəkkür edib

Bakı. 17 mart. REPORT.AZ/ "İran tərəfi Azərbaycan həbsxanalarında cəza çəkən bir neçə İran vətəndaşının əfv edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir".

Bunu "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

"Prezident İlham Əliyevə bir neçə İran vətəndaşını əfv etdiyinə görə təşəkkür edirəm. Bu, insanlıq nümunəsi və İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin göstəricisidir", - deyə səfir bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Əfv sərəncamı 148 nəfərə şamil edilib ki, onların arasında Azərbaycan həbsxanalarında cəzalarını çəkən 6 İran vətəndaşı da var.

Son xəbərlər

Orphus sistemi