​İran prezidenti: “Atəşkəsin qorunacağına ümid edirəm”

​İran prezidenti: “Atəşkəsin qorunacağına ümid edirəm” O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazır olduqlarını bildirib
Xarici siyasət
17 May , 2016 17:10
​İran prezidenti: “Atəşkəsin qorunacağına ümid edirəm”

Bakı. 17 may. REPORT.AZ/ İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazır olduqlarını bildirib.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının İİR-dəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edən H.Ruhani atəşkəsin qorunacağına ümid etdiyini söyləyib.

O, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə və İran-Azərbaycan-Gürcüstan əməkdaşlığının ölkələrimizlə yanaşı, regionun mənafelərinə xidmət etdiyini vurğulayıb. İran prezidenti bölgədəki münaqişələrin region ölkələrinin iştirakı və əməkdaşlığı çərçivəsində sülh yolu ilə həllinin zəruriliyini bildirib.

Son xəbərlər

Orphus sistemi