İran DİN başçısı bu gün Azərbaycana gəlir

İran DİN başçısı bu gün Azərbaycana gəlir O, ikitərəfli münasibətlərin aktivləşdirilməsi üzrə danışıqlar aparmaq üçün Azərbaycan rəhbərliyi ilə görüşəcək
Xarici siyasət
3 Oktyabr , 2016 09:35
İran DİN başçısı bu gün Azərbaycana gəlir

Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bu gün Azərbaycana rəsmi səfərə gələcək.

"Report" "Mehr"ə istinadən xəbər verir ki, səfər çərçivəsində DİN başçısı ikitərəfli münasibətlərin aktivləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparmaq üçün Azərbaycan rəhbərliyi ilə görüşəcək.

İranın daxili işlər nazirinin beynəlxalq əlaqələr üzrə müavini Babək Dinparast bildirib ki, səfərin uğurla yekunlaşması iki ölkə arasında əməkdaşlıqda dönüş nöqtəsi olacaq.

Qeyd olunur ki, nazirin Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi