İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib Bakı. 29 may. REPORT.AZ/ İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
29 May , 2018 20:53
İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 29 may. REPORT.AZ/ İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi