İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti
"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".