İnsan hüquqları üzrə ​Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb

İnsan hüquqları üzrə ​Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb Məhkəmə Gəncədə rayon polis şöbəsinin keçmiş rəisi Natiq Əfəndiyevin işi üzrə qərarı açıqlayıb
Xarici siyasət
18 Dekabr , 2014 16:56
İnsan hüquqları üzrə ​Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ İnsan hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. "Report" İHAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 18-də 2001-ci ildə ömürlük həbs cəzasına məhkum edilən 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Natiq Əfəndiyevin işi ilə bağlı qərar açıqlanıb. 

Gəncədə rayon polis şöbəsinin keçmiş rəisi, qanunsuz silah saxlamaqda ittiham olunan N.Əfəndiyev ədalətsiz məhkəmə istintaqının aparılmasına dair şikayətlə Avropa Məhkəməsinə müraciət edib. 

İHAM 6 §§ 1 və 3 (D) maddələrinin pozulduğuna dair qərar verib (ədalətli məhkəmə istintaqı hüququ və şahidlərin dindirilməsi zamanı iştirak etmək hüququ) və mənəvi zərərə görə iddiaçıya 4500 avro təzminat ödənilməsi barədə hökm çıxarıb. 

Son xəbərlər

Orphus sistemi