İndoneziyanın Azərbaycandakı səfirinin missiyası başa çatır

İndoneziyanın Azərbaycandakı səfirinin missiyası başa çatır İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani bu yay ölkəmizdəki diplomatik fəaliyyətini başa vuracaq.
Xarici siyasət
116
12 May , 2020 11:49
İndoneziyanın Azərbaycandakı səfirinin missiyası başa çatır
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani / Report

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani bu yay ölkəmizdəki diplomatik fəaliyyətini başa vuracaq.

“Report” xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, H.B.Fananinin səlahiyyət müddəti iyun ayında bitəcək.

İndoneziya KİV-nin məlumatına görə ölkə prezidenti artıq Azərbaycandakı yeni səfir vəzifəsinə namizədini irəli sürüb. Güman ki, yeni səfir Hildi Həmid olacaq.

Xatırladaq ki, Husnan Bey Fanani 2016-cı ildən İndoneziyanın Azərbaycandakı səfiri vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi