Yuxarı
    Bağlamaq

    İlham Əliyev Yunanıstan prezidentinə təbrik məktubu ünvanlayıb

    Azərbaycan Prezidenti Yunanıstan Respublikasının Müstəqillik günü münasibətilə həmkarına təbrik məktubu ünvanlayıb

    Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Müstəqillik günü münasibətilə həmkarı Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.

    "Report" xəbər verir ki, dövlət başçısının məktubunda bildirilir:

    "Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi