İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub

İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar
Xarici siyasət
26 Fevral , 2017 13:26
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana telefonla zəng edib.

"Report" xəbər verir ki, Azərbaycan dövlətinin başçısı prezident Rəcəb Tayyip Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi