Prezident İlham Əliyev: "Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır" - FOTO - YENİLƏNİB

Prezident İlham Əliyev: "Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır" - FOTO - YENİLƏNİB ​İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Xarici siyasət
3 Dekabr , 2016 18:39
Prezident İlham Əliyev: Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır - FOTO - YENİLƏNİB

Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycanla Türkiyəni dostluq və qardaşlıq əlaqələri bağlayır".

"Report" AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Mövlud Çavuşoğlu deyib: “Mən buraya gəlməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab Prezident bizi qəbul edəcək. O dedi ki, cənab prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”

Türkiyə Prezidentinə möhkəm cansağlığı arzulayan Azərbaycan Prezidenti deyib: “Bilirsiniz ki, hörmətli Prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.


***17:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin saytı xəbər yayıb.

Son xəbərlər

Orphus sistemi