Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 13-də Azərbaycan Prezidenti
“Report” xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Peter Pelleqrinini qarşılayıb.
Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdiriblər.
Dövlət başçısı Peter Pelleqrinini Slovakiyanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Prezident İlham Əliyev Peter Pelleqrininin Baş nazir kimi ilk dəfə Azərbaycana səfər etməsindən və bu yüksək vəzifəyə təyin olunduğu az vaxtdan sonra ölkəmizə gəlişindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Peter Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Slovakiya münasibətləri ölkəmizin
Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini xoş sözlərə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq etdi. O, Baş nazir kimi Azərbaycana birinci dəfə səfər etməsindən məmnunluğunu bildirərək bundan əvvəl parlament spikeri vəzifəsində çalışarkən Avropa Oyunları zamanı ölkəmizə gəldiyini vurğuladı. O, bu mötəbər beynəlxalq tədbirin böyük uğurla təşkil olunduğunu dedi. Qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunaraq bu səfəri zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun önəmini qeyd etdi və bunun iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcəyini vurğulayıb.
Bundan əvvəl Azərbaycan və Slovakiyanın baş nazirlərinin görüşü olub.



