Azərbaycan və Türkiyə Prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər - YENİLƏNİB

Azərbaycan və Türkiyə Prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər - YENİLƏNİB ​İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
Xarici siyasət
28 Fevral , 2017 22:47
Azərbaycan və Türkiyə Prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər - YENİLƏNİB

Bakı. 28 fevral. REPORT.AZ/ Fevralın 28-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

"Report"un məlumatına görə, bu barədə AzərTAC xəbər verib. 

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.

Enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi