İlham Əliyev Niderland kralı və CAR prezidentini təbrik edib

İlham Əliyev Niderland kralı və CAR prezidentini təbrik edib "Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik"
Xarici siyasət
26 Aprel , 2016 17:17
İlham Əliyev Niderland kralı və CAR prezidentini təbrik edib

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Niderland Krallığının milli bayramı – Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Eyni zamanda, dövlət başçısı Cənubi Afrika Respublikasının Prezidenti zati-aliləri cənab Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu göndərib: "Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi