Yuxarı

​İlham Əliyev İspaniya kralına təbrik məktubu ünvanlayıb

Prezident İspaniya xalqını milli bayramları münasibətilə təbrik edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralı əlahəzrət VI Felipeyə təbrik məktubu yollayıb.

"Report" xəbər verir ki, dövlət başçısı VI Felipeni İspaniya Krallığının milli bayramı münasibətilə təbrik edib.

"İspaniya Krallığının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm", - deyə prezidentin məktubunda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi