​İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib

​İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib Təbrik məktubu Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı münasibəti ilə göndərilib
Xarici siyasət
31 Oktyabr , 2014 19:23
​İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflika təbrik məktubu göndərib.

"Report" prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, təbrik məktubu Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı münasibəti ilə göndərilib.

"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq diləyirəm" - deyə, təbrik məktubunda bildirilib.

Son xəbərlər

Orphus sistemi