Azərbaycan Prezidenti El-Salvadorun yeni seçilmiş dövlət başçısını təbrik edib

Xarici siyasət
  • 11 fevral, 2019
  • 13:13
Azərbaycan Prezidenti El-Salvadorun yeni seçilmiş dövlət başçısını təbrik edib
İlham Əliyev

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Hörmətli cənab Bukele,

El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

44 filmi